Başlıcaİctimaiyyət

Ermənistan Rusiya bazarında viski idxal edən ilk beşliyə daxildir

Bu il Ermənistan Rusiyaya 5,6 milyon dollar həcmində viski idxal edən ölkələr siyahısında İspaniyanı qabaqlayaraq 5-ci yerdə olub. Bu barədə “RİA Novosti” yazır.

2023-cü ilin doqquz ayında Rusiya 262,5 milyon dollar dəyərində viski idxal edib. Bu da əvvəlki ilin yanvar-sentyabr aylarında idxalın həcmindən təxminən dörd dəfə çoxdur.

Ümumi həcmdə böyük payı yenidən Latviyanın payına düşüb, Baltikyanı respublika 190,6 milyon dollarlıq məhsul verib. Üstəlik, ötən illə müqayisədə tədarük 6 dəfədən çox artıb. İkinci yerdə olan Litva da tədarükünü əhəmiyyətli dərəcədə artıraraq, keçən illə müqayisədə 28,9 milyon dollar dəyərində viski göndərib.

İlk beşliyə Böyük Britaniya (10,4 milyon dollar, ötən illə müqayisədə 18% azalıb), Fransa (7 milyon dollar, 1,5 dəfə artıb) və daşımaları 2,5 dəfə artıran Ermənistan da (5,6 milyon dollar) yer alıb. İspaniya üçüncü yerdən altıncı yerə enərək ən böyük təchizatçılar siyahısından olmayıp.

Daha çox göstər
Back to top button