BaşlıcaEkonomika

Mher Qriqoryan Asiya İnkişaf Bankının prezidenti Masatuqu Asakavanı qəbul edib

Baş nazirin müavini Mher Qriqoryan Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatuqu Asakavanı qəbul edib. 

Baş nazirin müavini AİB ilə əməkdaşlığı yüksək qiymətləndirərək, birgə həyata keçirilən proqramların Ermənistan hökumətinin strateji prioritetlərinə uyğun olduğunu qeyd edib.

Mher Qriqoryan AİB-in özəl sektor şirkətləri ilə birbaşa əməkdaşlığına xüsusi önəm verərək, bunun Ermənistanda düzgün biznes mədəniyyətinin inkişafında əhəmiyyətini vurğulayıb.

Qriqoryan öz evlərindən didğrgin düşmüş Artsax ermənilərinin üzləşdiyi problemlərini təqdim edib.

Hər iki tərəf infrastruktur və insan kapitalının inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar. 

Tərəflər məşğulluq və rəqəmsallaşma istiqamətində zəruri islahatlarla bağlı da fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button