BaşlıcaSiyasət

Ömər Çelik: “ABŞ Türkiyədən F-16 müqaviləsinin şərti kimi Azərbaycanı dəstəkləməkdən imtina etməyi tələb edib”

Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir. APA-nın məlumatına görə, bu haqda  Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik jurnalistlərlə görüşündə deyib.

O qeyd edib ki, “Ermənistan destruktiv addımlardan əl çəksə, “3+3” əməkdaşlıq formatı regionda sülhün bərqərar olmasına böyük töhfə verəcək.

Çelik həmçinin bildirib ki, “ABŞ Türkiyədən Qarabağı azad etmək üçün Azərbaycana dəstəyi dayandırmağı tələb edib”.

 O, qeyd edib ki, Vaşinqton bu tələbi yuxarıda qeyd olunan dövrdə Türkiyəyə F-16-ların göndərilməsi üçün şərt kimi irəli sürüb.

Daha çox göstər
Back to top button