BaşlıcaSiyasət

TŞ katibi və Litva-Ermənistan dostluq qrupunun nümayəndə heyəti Ermənistan ətrafında təhlükəsizlik vəziyyətini müzakirə ediblər

Noyabrın 28-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Raymundas Lopatanın başçılıq etdiyi Litva-Ermənistan dostluq qrupunun nümayəndə heyətini qəbul edib. Bu barədə TŞ Aparatından məlumat verilib.

Həmsöhbətlər Ermənistan ətrafında yaradılmış təhlükəsizlik vəziyyətini müzakirə edib, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

Armen Qriqoryan Ermənistanda həyata keçirilən demokratik islahatlar prosesini, o cümlədən demokratik təsisatların gücləndirilməsi, insan hüquqlarının müdafiəsini təqdim edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Daha çox göstər
Back to top button