BaşlıcaMədəniyyət

Varşava Kral Qala-Muzeyində erməni xalçaçılıq kursları keçiriləcək

Varşavadakı Kral Qalasının xalça zalında “Polşada erməni xalçaçılıq ustad dərsləri” adlı maarifləndirici-mədəniyyət proqramının rəsmi açılış mərasimi olub.

Alınan məlumata görə, ER Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi bildirir ki, proqram Təhsil və Mədəniyyət nazirliyinin maliyyə dəstəyi və Hovhannes Şarambeyan Xalq sənəti muzeyinin təşəbbüsü ilə həyata keçirilir.

Polşa-Ermənistan Fondu, Polşanın Varşava şəhərindəki Kral Qala-Muzeyi Spyurkla (diaspor) iş üzrə komissarı ilə əməkdaşlıq, ER Polşa Respublikasındakı səfirliyinin himayəsi altında həyata keçirilib..

Layihə çərçivəsində İYerevanın  Hovhannes Şarambeyan adına Xalq Sənəti muzeyinin ustaları müxtəlif yaşlı iştirakçılar üçün xalçaçılıq kursları keçirəcəklər.

Tədbirdə Ermənistan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan, Polşadakı Erməni Apostol Kilsəsinin ruhani keşişi Fr. Minas Abeqa Haxverdyan, Ermənistanın Lodzdakı fəxri konsulu Rafal Xoma, Polşadakı Spyurkla iş üzrə komissarı Diana Hovakimyan, eləcə də erməni icmasının nümayəndələri iştirak edib.

Hovhannes Şarambeyan Xalq Sənəti muzeyinin direktor müavini Qayane Aslanyan tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, proqramın əsas məqsədi Ermənistanın qeyri-maddi mədəni irsini, xüsusilə xalçaçılıq sənətini təbliğ etmək, mədəni irsin erməni xalqına çatdırılması, ötürülməsi və yayılmasıdır.

Varşava icması və Polşa-Ermənistan Fondunun təsisçisi doktor Arsen Hovsepyan da təşəkkür nitqi ilə çıxış edib.

Daha çox göstər
Back to top button