BaşlıcaSiyasət

Alen Simonyan: “Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yan-yana yaşamalı olacaqlar, biz bunun üçün hər şeyi edəcəyik”

Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yan-yanaşı yaşamalı olacaqlar. Parlamentin sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

“Biz buna ümid edirik və hər şeyi edəcəyik. Ermənilərlə azərbaycanlılar alver etməlidirlər, istisna etmirəm ki, bəzi insanlar Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar, istisna etmirəm ki, müəyyən müddətdən sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”-deyə o, qeyd edib.

Sülh müqaviləsində belə bir bəndin olub-olmaması ilə bağlı suala Simonyan belə bir bəndin fərqinə varmadığını deyib.

“Sülh sazişi tamamilə beynəlxalq prinsiplərə əsaslanır: ərazi bütövlüyü, kommunikasiyaların açılması və s.” – deyə Alen Simonyan  bəyan edib.

Daha çox göstər
Back to top button