ArtsaxBaşlıcaMədəniyyətSiyasət

Azərbaycan Dağlıq Qarabağa UNESKO missiyasının göndərilməsini əngəlləməkdə davam edir: XİN

Azərbaycan YUNESKO missiyasının Dağlıq Qarabağa göndərilməsi təşəbbüsünü əngəlləməkdə davam edir.

Bunu “Sputnik Armenia”nın sorğusuna cavab olaraq ER Xarici İşlər Nazirliyi bildiridi.

Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, 2020-ci ildə Azərbaycanın Dağlıq Qarabağa qarşı genişmiqyaslı hücumundan sonra Yerevan Dağlıq Qarabağdakı erməni mədəni və dini irsinin qorunması məsələsini ixtisaslaşmış beynəlxalq təşkilatlarda, o cümlədən UNESKO-da daim qaldırır.

Hələ 2020-ci ilin noyabrında Ermənistan UNESCO-nun baş direktorunun Dağlıq Qarabağa ekspert qrupunun göndərilməsi təşəbbüsünü dəstəkləyib və missiyanın ən qısa zamanda təşkili prosesinə cəlb edilib.

“Lakin Azərbaycan UNESKO missiyasının Dağlıq Qarabağa göndərilməsi təşəbbüsünü davamlı olaraq əngəllədi.

“Azərbaycanın UNESKO-nun ekspert missiyasına destruktiv münasibəti mədəni irsin mühafizəsi sahəsində bütün beynəlxalq konvensiyaların müddəalarına, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Konvensiyasının müddəalarına ziddir”, – XİN cavabında qeyd olunub.

Budnan başqa qeyd olunub ki, Bakının mövqeyi BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını pozur. Bu qərar Azərbaycanı “erməni mədəni irsinin vandalizm və təhqiramiz hərəkətlərinin, o cümlədən erməni kilsələrinə və digər ibadət yerlərinə, abidələrə, görməli yerlərə, qəbirlərə və artefaktlara qarşı olan hərəkərlərin qarşısının alınması və cəzalandırılması üçün bütün lazımi tədbirləri görməyə” məcbur edir.

Daha çox göstər
Back to top button