BaşlıcaSiyasət

BQXK-nin nümayəndələri erməni əsirəri və həbs olunmuş azərbaycanlıları ziyarət etmişlər

BQXK-nin nümayəndələri Noyabrında Azərbaycan tərəfində olan  erməni əsirləri və Ermənistanda saxlanılmış azərbaycanlıları yenidən ziyarət etmişlər. Bu haqda BQXK-nin Azərbaycandakı nümayəndəliyinin ictiami əlaqələr şöbəsinin başçısı İlahə Huseynova bildirmişdir.

Məlumata görə, həbs olunmuş şəxslərlə üzbəüz görüşlər keçirilmiş və onalrın ailələrinin üzvləri ilə əlaqə saxlamaq üçün şərait yaradılmışdır.

“Öz mandatına uyğun olaraq BQXK-i ziyarəti ərzində əsirlərə münasibəti və onların saxlama şəraitini qiymətləndirir və ailələriylə əlaqələri ya davam etmək, ya da yaratmaq üçün şərait yaradır.

BQXK-nin üsullarına uyğun olaraq müşahidə və ziyarətləri haqqında zəmanətləri yalnız həbs olunmuş tərəfə çatdırılır”- deyərək  məlumatda qeyd olunmuşdur.

Daha çox göstər
Back to top button