BaşlıcaSiyasət

Parlament sədri: “Dağlıq Qarabağ məsələsi ER üçün mövcud deyil”

ER Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın ərazi bütövlüyünü tam tanıyır. Alen Simonyan bu haqda jurnalistlərlə söhbətində deyib.

“Biz bunu son bir-iki ildə 8 dəfə demişik.  Daha nə demək olar?”- deyə Simonyan qeyd edib.

O, Dağlıq Qarabağ məsələsinin ER üçün mövcud olmadığını da açıqlayıb. “Bu, nə deməkdir, Artsax məsələsi həll olunub? Artsax məsələsinin həlli və ya həll olunmaması hansıdır? İndi Ermənistan Respublikasının belə bir məsələsi yoxdur” – deyə parlamentin sədri əlavə edib.

Onun sözlərinə görə, bu gün ER üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

Xatırladaq ki, 2023-cü il mayın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında ER-nin 86,6 min kvadratkilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, onun tərkibinə Dağlıq Qarabağın da daxil olduğunu bəyan etmişdi.

Daha çox göstər
Back to top button