BaşlıcaSiyasət

ER XİN rəhbəri Fransanın dövlət naziri ilə görüşüb

Noyabrın 30-da Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirlərinin 30-cu Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransa XİN-in Avropa məsələləri üzrə dövlət naziri Lorens Bun ilə görüşüb. 

Görüşdə iki ölkə arasında siyasi dialoqun gündəliyi və əsas istiqamətlər üzrə praktiki əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımlara da toxunulub.

Nazir Mirzoyan qeyd edib ki, Ermənistan keçən həftə ikitərəfli saziş layihəsinin təkliflər paketini Azərbaycana təqdim edib.

Ermənistanın xarici işlər naziri və Fransanın dövlət naziri Ermənistan Respublikası – AVropa İttifaqı tərəfdaşlığının gündəm məsələləri, çoxtərəfli platformalarda əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button