BaşlıcaSiyasət

Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyaları 5-ci dəfə görüşəcək: ekspertlər nəticələrə şübhə ilə yanaşırlar

Noyabrın 30-da Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olan dövlət komissiyaları 5-ci dəfə görüşəcək.

Bu  komissiyanın iclasının vasitəçisiz keçirilməsi ilk dəfədir. Ekspertlər hesab edir ki, sərhəd məsələləri üzrə komissiyanın növbəti iclasında ciddi nəticələr qeydə alınmayacaq

Bununla belə  onlar prosesi saxlamaq naminə görüşləri zəruri hesab edirlər, bu görüşlərin olması müharibə və ya hərbi genişlənmə riskinin minimuma endirilməsi deməkdir.

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin həmsədrləri olduğu Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası məsələləri üzrə dövlət komissiyaları noyabrın 30-da Ermənistanın İcevan və Azərbaycan Qazax bölmələrində növbəti iclas keçirəcək.  Bu haqda ER Baş nazir müavininin  iş heyətindən məlumatlandırılıb.

Alınan məlumata görə, “ev sahibi” Ermənistan tərəfi olacaq, görüşün çadırda keçiriləcəyi, bütün təşkilati məsələlərlə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olacaq.

Bundan öncə Azərbaycanın Xarici işlər nazirliyi bəyanat yayaraq, sülh müqaviləsi üzrə danışıqları davam etdirmək üçün Ermənistana dövlət sərhədində vasitəçilərsiz görüş keçirməyi təklif edib.

Buna Ermənistan Xarici işlər nazirliyinin bəyanatı ardıcıllıq edib və Ermənistan tərəfi Azərbaycana iki ölkənin dövlət sərhədində sərhəd demarkasiyası komissiyalarının iclasının keçirilməsini təklif edib.

Beləliklə, Ermənistan tərəfi vasitəçilərsiz birbaşa danışıqlara qarşı olduğunu açıq şəkildə bildirməyib, amma XİN-nin cavabından belə qənaətə gəlmək olar ki, Yerevan sülh müqaviləsinin vasitəçilərsiz müzakirəsinin tərəfdarı deyil.

Politoloqlar sərhəd məsələləri üzrə komissiyaların ilk dəfə vasitəçisiz iclas keçirilməsini narahatlıq üçün əsas hesab etmirlər.

 “Bunu yüksək səviyyəli görüşlərlə qarışdırmaq olmaz. Sərhədin demarkasiyası məsələsi ilə bağlı prosedurdur, işçi görüş olacaq”- deyə Gurgen Simonyan qeyd edib.

Bu, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olan dövlət komissiyalarının sayca 5-ci iclası olacaq.

 İlk görüş ötən il mayın 24-də Yerasxda keçirilib. O zaman komissiyaların sədrləri  Mher Griqoryan və Şahin Mustafayev görüşmüşdülər.

İkinci görüş 30 avqust 2022-ci ildə Moskvada baş tutub. Görüş üçüncü dəfə, keçən ilin noyabrında Brüsseldə keçirilib.

Ermənistan və Azərbaycanın sərhədlərin demarkasiyası məsələləri üzrə komissiyaları sonuncu dəfə 4 ay əvvəl Tavuş  bölgəsində və Qazax rayonu  tərəfində görüşüblər.

Keçirilmiş 4 görüşə baxmayaraq prosesdə irəliləyiş qeyd olunmadı. Heç bir əsaslı nəticə olmadı, nə də aydın razılaşmalar əldə edildi. Beləliklə, ötən 4 görüşün coğrafiyası belədir: Yerasx, Moskva, Brüssel, Tavuş.

Erməni ekspertlər bunu o qədər də vacib saymır və tərəflərin bir-birinə uyğun olmayan  yanaşmaların olduğunu vurğulayırlar.

Təhlükəsizlik Siyasəti Araşdırmalar Mərkəzinin eksperti, politoloq Robert Ğevondyan sadalayır:

“Ermənistan dəhlizçün icazə verə bilməz. Azərbaycanın da öz xüsusi “qırmızı xətləri” var. İndiki anda gördüyümüz qədər geosiyasi vəziyyət partlayışlarla doludur, balanssız, gözlənilməz, “qırmızı xətlər” qala və keçə bilər. Onlar yekun razılaşmaların əldə olunmasına imkan verməyəcək”.

“Yenə də demarkasiya ilə bağlı razılığın əldə olunacağına şübhə ilə yanaşıram. Ölçü vahidləri və ölçü üsulları ilə bağlı fikir ayrılıqları və yanlış şərhlər də ola bilər” – deyərək  Simonyan qeyd edib.

Politoloq Hayk Sukiasyan da “Radiolur”la söhbətində bildirib ki, nəticə gözləmir, çünki təcrübə, yəni ötən 4 görüş belə bir nəticə çıxarmağa imkan verir.

Ekspert vurğulayıb ki, bu müddət ərzində Rusiya və ya Qərb vasitəçilərinin iştirakı ilə sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasları hələlik heç bir nəticə verməyib.

“Deklarativ bəyanatlar var, amma nəticə yoxdur. Amma burada məsələ belədir ki, biz  nəticələrçün işləməliyik yay yox?: nəticə üçün çalışmalıyıq, ya yox?

Əlbəttə, aydındır ki, bizim istəyimiz nəticə əldə etməkdir, amma mən, həm xalqımıza, həm də hökumətə nəticə üzərində cox da cəmləşməməyi təklif edirəm”.

Bununla belə, ekspertlər prosesin özünün vacib olduğuna inanırlar. Belə görüşlərin, komissiyaların, razılaşmaların, danışıqların bir məqsədi var: yeni eskalasiyaya icazə verməmək.

Politoloq Hayk Sukiasyanın fikrincə, Azərbaycanı bütün mümkün yerlərdə danışıqlara cəlb etmək lazımdır, çünki bu, Azərbaycanın hərbi ekspansiya imkanlarını  uzatmış olur. Hayk Sukiasyan Azərbaycanın belə bir istəyinin olduğuna şübhə etmir.

“İndiki anda beynəlxalq konsensus olmadığı üçün bunu edə bilmirlər. Xarici aləm tərəfindən  mən Qərbi, həm də İranı nəzərdə tuturam

 Belə bir bəyanat var ki, onlar növbəti təcavüzü bağışlamayacaqlar. Odur ki,onlar hazırda  tarazlıdırlar. Məgər onlar öz əqidələrindən gerimi  dönüblər gerimi çəkiliblər,? Onların həmin fikirləri var.

Ona görə də ekspertlər danışıqlar prosesini saxlamaq üçün görüşlərin zəruri olması ilə razılaşırlar.

Daha çox göstər
Back to top button