ER Müdafiyə nazirliyindən bildirirlər ki, Noyabrın 28-də Londonda erməni-britaniya 6-cı strateji müşavirəsi keçirilib. Ermənistan numayəndə heyətinə ER Müdafiə nazirliyinin müdafiə siyasəti və beynalxalq əməkdaşlığı üzrə departament sədri Levon Ayvazyan başçılıq etmişdir.
Müşavirələrdə Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdakı Fövqəladə və səlahiyyətli səfiri Varujan Nersesyan iştirak etmişdir.
Regional və beynalxalq təhlükəzilik və müdadifə sahəsində ikitərəfli əməkdaşlıq haqqında məsələlər müzakirə edilmişdir.
Levon Ayvazyan britanyalı tərəfdaşlara Ermənistan ətrafında yaradılmış təlükəsizlik vəziyyəti və erməni tərəfinin regional sülhə və sabitliyə yönəlmiş addımları, o cümlədən “Sülh kəsişməsi” layihəsini təqdim etmişdir.
ER Silahlı qüvvələrində keçirən genişmiqyaslı islahatlar həmçinin təqdim edilmişdir. Tərəflər ikitərəfli hərbi əməkdaşlığın indiki gedişi və inkişafın perpektivlərini diqqətlə müzakirə etmişlər.
Hər iki tərəfi bir sıra yeni sahələrdə əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu və əldə edilmiş razılaşmaların həyata keçirilməsinə hazır olduqlarını qeyd etmişlər.
Müşavirələri nəticəsində ER Müdafiə nazirliyinin müdafiə siyasəti və beynalxalq əməkdaşlıq üzrə department sədri Levon Ayvazyan və Birləşmiş Krallığının Müdafiə nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya siyasətinin məsələləri üzrə direktoru Deyvid Morqan Erməni-britaniya müdafiyə sahəsində əməkdaşlıqla bağlı 2023-2024-cü il üçün proqram imzalanmışlar.
7-ci müdafiə strateji müşavirələri Yerevanda keçirilməsi barədə razılıq əldə edilmişdir.