BaşlıcaSiyasət

Ararat Mirzoyan və Lars Loke Rasmussen ikitərəfli və regional gündəlikdəki məsələləri müzakirə ediblər

Noyabrın 30-da Skopyedə ER xarici işlər naziri Ararat Mirzoyan Danimarkanın xarici işlər naziri Lars Loke Rasmussen ilə görüşüb. 

Görüş ATƏT-in 30-cu nazirlər konfransı çərçivəsindəolub. Bu barədə ER XİN məlumat yayıb.

Görüş zamanı həmsöhbətlər ikitərəfli və regional gündəliyin məsələlərini müzakirə edib, eləcə də Ermənistan və Aİ arasında dərinləşən tərəfdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Cənubi Qafqazda və onun ətrafında təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan və Norveçin xarici işlər nazirləri mövcud problemlərin beynəlxalq hüququn fundamental prinsiplərinə riayət etməklə və müstəsna olaraq dialoq və danışıqlar prosesi vasitəsilə həllini vurğuladılar.

Ararat Mirzoyan ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” konseptini təqdim etdi. 

Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 mindən çox erməni əhalisinin ehtiyac və hüquqlarının həllinə də toxunulub.

Daha çox göstər
Back to top button