BaşlıcaSiyasət

Artsax Respublikası Prezidentinin müşaviri: “Samvel Şahramanyan Bakı nümayəndələri ilə heç bir danışıqlar aparmır”

Artsaxın Prezidenti Samvel Şahramanyan Bakı nümayəndələri ilə heç bir danışıqlar aparmır. Bu haqda Artsax Prezidentinin müşaviri Vladimir Qriqoryan bu günlərdə Artsaxın TŞ keçmiş katibi Samvel Babayanın bəyanatlarına toxunaraq bildirmişdir.

“Beləliklə, heç bir danışıqlar aparılmamışdır. Bizə də maraqlıdır ki, Samvel Babayanın bu məlumatları hardandır, biz özümüz daha aydın şərh eşitmək istərdik. Əgər belə proses olarsa, Prezident aparatı müəyyən bəyanatı yayacaqdı. Bu halda cənab Şahramanyanın öz vətəndaşlarından heç nə gizlətməsi üçün səbəb yoxdur.

Samvel Babayan Artsaxa qayıtmasından danışmışdır. Bu özündən bəzi məsələlər ətrafında razılaşmaq və ya razılaşmağa cəhd göstərmək üzrə danışıqlar prosesini nəzərdə tutur.

Bizim anladığımız qədər, bu danışıqlar belə olan halda isə gizlətmək, deməmək üçün problem yoxdur. Danışıqlar olubsa , Samvel Şahramanyan onu  təqdim edərdi”-deyə o, bildirib.

Vladimir Qriqoryan həmçinin xatırlatmışdır ki, bir neçə gün əvvəl məlumat olub ki, Bakıda olan erməni əsirləri, o cümlədən keçmiş prezidentləri, müntazəm olaraq, yalnız öz ailələriyə deyil, həm də Artsaxın prezidenti ilə əlaqə saxayırlar.

Daha çox göstər
Back to top button