BaşlıcaSiyasətVideo

Azərbaycan hakimiyyəti əl yazısını dəyişmir։ KİV-ə qarşı repressiyalar davan etməkdədir – VİDEO

“İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək… Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir”.

Azərbaycan prezidenti İlham Əliyev ötən il media nümayəndələrinə müsahibəsində düzgün demişdi: ölkə hakimiyyəti korrupsiya hallarını araşdıran və işıqlandıran medianın fəaliyyətinə reaksiya verir. Lakin Azərbaycanda o reaksiya bizim təsəvvür etdiyimiz reallıqdan çox uzaqdır. mətbuat tərəfindən cinayətlərinin üstü açılan korrupsioner elita yox, jurnalistlər həbsxanaya atılır. 

Son on gündə Azərbaycanda müstəqil media nümayəndələrinə qarşı təzyiqlər və repressiyalar yeni vüsət alıb. Əvvəlcə Azərbaycanda yüksək rütbəli məmurlar haqqında korrupsiya iddialarının araşdırması ilə tanınan “AbzasMedia”nın rəhbərləri Sevinc Vaqifqızı və Ülvi Həsənli qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Eyni iş çərçivəsində fəal Məhəmməd Kekalov da həbs edilib. Daha sonra “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov mülkiyyət və istifadə hüququ olmadan icazəsiz ev tikməkdə ittiham olunaraq saxlanılıb. Onların hamısı barəsində həbs qətimkan tədbiri seçilib. Ölkənin hüquq müdafiəçiləri qeyd edirlər ki, onların saxlanılması ciddi pozuntularla müşayiət olunub. Bir sıra beynəlxalq təşkilatlar da həbs hallarına toxunaraq hakimiyyətdən müstəqil jurnalistlərin və gənc fəalın azadlığa buraxılmasını tələb ediblər.

Aydındır ki, bu ittihamlar uydurmadır və demokratik dəyərlərdən uzaq olan Azərbaycan rəhbərliyinin əsas məqsədi cəmiyyət üzərində nəzarəti artırmaq, onu tənqid edənləri neytrallaşdırmaqdır. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ, Almaniya və Fransa səfirliklərini “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyələşdirilməsinə cəlb etməkdə ittiham edib Bakıdakı hakimiyyət onsuz da az sayda müstəqil media nümayəndələrinin imkanlarını və alternativ maliyyələşdirilməsini mümkün qədər məhdudlaşdırmaq istəyir. Vətəndaş cəmiyyətinə və azad mediaya qarşı növbəti təzyiq dalğasının bir neçə səbəbi ola bilər.

Birincisi, Azərbaycan cəmiyyətinin bir çox sosial, hüquqi və digər problemlərini həmişə Artsax problemi zəminində arxa plana atan hakimiyyət indi məsələn, Söyüdlüdə baş verən kimi hər hansı bir mümkün etirazdan qorxur. İkincisi, böyük daxili siyasi hadisələrdən əvvəl Azərbaycan rəhbərliyi adətən mümkün maneələri neytrallaşdırmağa çalışır. Məhz buna görə də Bakı rejimi ölkədəki dərin problemlərin ictimailəşdirilməsində əsas vasitə olan müstəqil mətbuatı və vətəndaş cəmiyyətini qorxutmaq istəyir. Bu halları nəzərə alsaq, çox güman ki, bu, prosesin yalnız başlanğıcıdır və yaxın vaxtlarda yeni həbslərin şahidi olacağıq.

Daha çox göstər
Back to top button