BaşlıcaSiyasət

Ermənistan 50 Bastion zirehli avtomobili  alacaq. Fransanın Senatı Ermənistan Respublikasının xahişlərinə təcili reaksiya verməyə çağırıb

Fransanın Senatı CAESAR artireliya sistemlərinin səmərəliliyi və Nexter-in 2024-cü ildə yeni istehsal gücünü nəzərə alaraq bu sistemlərin Ermənistana tədarükünün araşdırılması üçün   mümkün qədər tez aparılmasını məsləhət vermişdir.

Fransa Senatının məlumatına görə, Ermənistan son zamanlar Thalesdən 3 GM200 radar stansiyalarının sifarişi imzalamışdır və Mistral 3 zenit-raket sistemlərinin tədarükü ətrafında müzakirələr aparılır.

Senat həmçinin vurğulamışdır ki, fransalı “Arquus” şirkəti tərəfindən istehsal olunmuş “Bastion” tipli 24 zirehli texnika artıq Ermənistana göndərilmişdir, onlara indi istehsal olunan eyni tipli 26 maşın da  qoşulacaq.

Fransa  hakimiyyəti Ermənistana “müdafiə” silahının tədarükünə başlamışdır. Müdafiə və hücum silahları arasındakı bu fərq əslində Ukraynadakı müharibənin göstərdiyi kimi praktiki deyil. Gəlin eyni səhvləri təkrar etməyək və ilk növbədə lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək.

            Ona görə də, biz Ermənistan hakimiyyətinin bütün xahişlərinə, xüsusilə onların artireliya ehtiyacı ilə bağlı, operativ reksiya verməliyik”-deyə Fransa Senatında bildirmişlər.

Silah tədarükü haqqında razılaşmalar, 2023-cü ilin Oktyabrında Parisdə Fransanın hərbi  idarəsinin rəisi Sebastyen Lekornuyinin və Ermənistanın Müdafiə naziri Suren Papikyanla  görüşündə əldə edilmişlər.

Daha çox göstər
Back to top button