Galt & Taggart investisiya şirkəti bildirir ki, 2023-cü ildə Gürcüstan adambaşına düşən gəlirə görə Cənubi Qafqazda lider olacaq.
Sputnik Georgia xəbər verir ki, analitiklərin fikrincə, larinin sabit məzənnəsi istehlakçıların və iş adamlarının əhval-ruhiyyəsinə müsbət təsir edir, bunun sayəsində biznes fəallığı və özəl sektorun istehlakı sürətlənir, bunun ÜDM-ə töhfəsi artır.
Onların proqnozuna görə, ilin sonuna qədər Gürcüstanda adambaşına düşən ÜDM 8108 dollar, Ermənistanda 7885 dollar, Azərbaycanda isə 7530 dollar təşkil edəcək.