BaşlıcaSiyasət

Ermənistan istehsalı olan ilk peyk kosmosa buraxılıb: Ermənistanın kosmosa səyahəti başlayıb

Ermənistan istehsalı olan “Hayasat-1” peyki kosmosa uğurla buraxılıb. Bu barədə ER Yüksək Texnologiyaları Nazirliyi məlumat yayıb. Uçuşdan bir neçə dəqiqə sonra o, artıq raketdən ayrılaraq orbitə çıxıb. Növbəti addım isə onun antenalarını açmaq və yerlə kosmos arasında əlaqə yaratmaq olacaq.

“Hayasat-1” Ermənistanın “Bazumk” kosmik tədqiqat laboratoriyası ilə “Elmi İnnovasiya və Təhsil Mərkəzi”nin birgə işi nəticəsində yaradılıb.

Peyk hər saat yarımda Yer ətrafında bir dövrə edəcək və peykin Ermənistanın hava məkanından keçəndə onun göndərdiyi siqnalları tutmaq mümkün olacaq. Peykin yaradılmasında 12 mütəxəssis iştirak edib.

“Hayasat-1”in buraxılması Ermənistanda kosmik fəaliyyətlərin və kosmik avadanlıqların tikintisinin inkişafı üçün növbəti addımdır. Bu, həm də beynəlxalq əməkdaşlıq və erməni mühəndislik istedadının mühüm sınağıdır.

Daha çox göstər
Back to top button