BaşlıcaSiyasət

Ermənistanın atom elektrik stansiyası ölkənin enerji sektoru üçün çox vacibdir: ER prezidenti

Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyan Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə 28-ci Konfransı çərçivəsində “Sıfır nüvə enerjisi” adlı müzakirədə iştirak edib.

ER prezidenti Ermənistanın AES-ə toxunaraq qeyd edib ki, AES-in rolu Ermənistanın enerji sektoru üçün çox vacibdir. “O, Ermənistanın enerji potensialının 25-30 faizini təmin edir”, – Vahagn Xaçaturyan bildirib.

Prezident xatırladıb ki, 90-cı illərin əvvəllərində, o Yerevanın meri olanda Ermənistanda insanlar qazsız və işıqsız yaşayırdılar, lakin Ermənistan AES-i yenidən işə saldıqdan sonra insanların həyatı xeyli dəyişdi. Onun sözlərinə görə, bu, ölkənin iqtisadi yüksəlişinə və insanların həyat tərzinin yaxşılaşmasına öz töhfəsini verib.

Ermənistanın AES-in istismar müddətinin 2026-cı ilə qədər uzadıldığını və 2036-cı ilə qədər daha 10 il uzadılmasının planlaşdırıldığını xatırladan Vahagn Xaçaturyan Ermənistanın artıq yeni AES tikmək barədə düşündüyünü vurğulayıb.

Daha çox göstər
Back to top button