BaşlıcaSiyasət

Mirzoyan Skopyedə “Sülh kəsişməsi” layihəsini təqdim etmişdir

XİN-i Şimali Makedoniyanın paytaxtı Skopyesində Noyabrın 30-dan Dekabrın 1-dək keçirilmiş ATƏT-in 30-cu nazirlər konfransında ER Xarici işlər naziri Ararat Mirzoyanın iştirakını ümumiləşdirmişdir.

“Nazir Mirzoyan konfransda ATƏT-in və onun məsuliyyət  zonasında olan ölkələrin, o cümlədən Cənubi Qafqazdakı ölkələrinin qarşısında duran çağırışları vurğulayaraq çıxış etmişdir.

Onun sözlərincə, beynalxalq hüququn pozulması  dünyanın hər yerdə mütləq mühakimə olunmalı və bağışlanmamalıdır. Əks halda bu, cəzasızlıq hissi doğuraraq, dünyanın digər hissələrində adi hala çevriləcək.

Nazir Mirzoyan beynalxalq təşklatların nümayəndələri və digər ölkələrin Xİ nazirləri ilə 20-dən artıq görüş, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın Xİ naziri, həmçinin 2024-cü ildə ATƏT-in sədrliyini qəbul edən Maltanın Xİ naziri, ATƏT-in baş katibi, ATƏT-in parlament şurasının sədri, NATO Baş katibinin nümayəndəsi, ABŞ-ı, Birləşmş Krallığı, İsveçrə, Norveç, Aİ-nə üzv olan Fransa, İsveç, Danimarka, Hollandiya, Portuqaliya, Rumıniyanın Xarici işlər nazirləri, habelə Rusiya, Andorra, Lixtenşteyn və Monteneqronun Xarici işlər nazirləri ilə keçirmişdir. Xİ nazir müavini  həmçinin  öz Kanada həmkarı ilə  görüşmüşdür. Bütün görüşlər ərzində Ermənistan Respublikasının qarşısında duran çağırışları,Dağlıq Qarabağda Azərbaycan tərəfindən həyata keçirilmiş etnik  təmizləmələrin  nəticələri, həmçinin Cənubi Qafqazda sabitliyin bərqərar olunmasına yönəlmiş ER-nın mövqeyi və səyləri, “Sülh kəsişməsi” layihəsi, Azərbaycanla münasibətlərinin nizamlamasının əsas prinsipləri təqdim olunmuşdur”-deyə XİN-nin yayılmış məlumatında bildirilmişdir.

Daha çox göstər
Back to top button