BaşlıcaSiyasət

Türkiyə ilə “Margara” sərhəd-keçid məntəqəsi istismara hazırdır: XİN

Ermənistan-Türkiyə sərhədindəki “Margara” sərhəd-keçid məntəqəsi istismara hazırdır. Bu barədə “Sputnik Armenia”nın sorğusuna cavab olaraq ER XİN mətbuat xidməti məlumay yayıb.

““Marqara” sərhəd-keçid məntəqəsi istismara hazırdır və Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı Türkiyə tərəfindən da müsbət siqnallar alacağını gözləyir”,- Nazirlikdən bildirilib.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. Yervan və Ankara 2021-ci ilin dekabrında münasibətlərin normallaşması üçün aydın addımlar atmağa hazır olduqlarını bəyan ediblər.

Daha çox göstər
Back to top button