Konqresin hər iki palatasının üzvləri Ermənistanın müdafiəsi üçün 10 milyon dollar vəsait ayrılmasını, əlavə yardım haqqında qanun layihəsində nəzərdə tutulmuş humanitar yardımın bir hissəsini 120.000 erməninin ehtiyaclarını ödəmək üçün Ermənistana verməyə çağırıb.
60 ABŞ senatoru və nümayəndəsi demokrat senatorlar Aleks Padilla və Anna Eşuenin məktubuna qoşularaq konqres liderlərini Ermənistana təhlükəsizlik yardımını və Dağlıq Qarabağdan məcburi köçkünlərə humanitar yardımı artırmağa çağırıblar.
“İndi Azərbaycan diktatoru İlham Əliyev hərbi gücdən istifadə edərək regionu dəyişdirib. Qorxuruq ki, o, yenidən bunu etmək üçün cəsarət qazanacaq. Biz Azərbaycanın Ermənistanın suveren ərazisini işğal edərək təcavüzünü davam etdirəcəyindən xüsusilə narahatıq”, – məktubda deyilir.