BaşlıcaSiyasət

Armen Qriqoryan Laura Kuperlə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin müdafiə üzrə katib müavinin köməkçisi Laura Kuperlə görüşüb.

Görüşdə tərəflər ikitərəfli müdafiə əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib və regionumuzun sabitliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

“Biz regionumuzda sabitliyinin təmin edilməsinin zəruriliyini vurğuladıq. İkitərəfli birgə proqramların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq, sülhməramlı fəaliyyət çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini vurğuladıq”, – məlumatda deyilir.

Daha çox göstər
Back to top button