BaşlıcaMədəniyyətSiyasət

Cuğanın dağıdılmış xaçkarlarının çoxu sənət şedevrləri idi və bunların məhvi irqçilik əsasında vandalizm idi: Qardman-Şirvan-Naxicevan Birliyi

Qardman-Şirvan-Naxicevan Ümumerməni Birliyi Cuğa erməni xaçkarlarının məhv edilməsi ilə bağlı bəyanat yayıb.

“Hələ 2003-cü il dekabrın 4-də bir qrup erməni tarixçi və arxeoloq Azərbaycan tərəfindən erməni xaçkarlarının məhv edilməsi ilə bağlı müvafiq beynəlxalq təşkilatlara rəsmi şikayət təqdim edib. Həmin vaxt Cuğa erməni qəbiristanlığının sistemli şəkildə dağıdılması prosesinə başlanmışdı, hansı ki, beynəlxalq ictimaiyyətin qəzəbinə səbəb olmuşdu.

Lakin heç bir müraciət və ittihamlar vəhşi Azərbaycan əlini qlobal xristian sivilizasiyası fenomeni olan xaçkarın sistemli və məqsədyönlü şəkildə məhv edilməsindən uzaqlaşdıra bilmədi. 2005-ci ildə Cuğa erməni qəbiristanlığının qəbir daşlarının və xaçkarlarının son dağıdılması aktı baş verdi.

2006-cı ildə Azərbaycan hökuməti Avropa Parlamentinin nümayəndələrinin Cuğaya getməsinə icazə vermədi ki, bu da cinayəti ört-basdır etmək üçün cəhd idi. Azərbaycan təbliğat maşını tarixi reallığı saxtalaşdırır, ermənilərin qədimdən Naxicevanda olmasını inkar edir və xristian abidələrini Albanlara aid edir, amma məntiqi sual yaranır ki, əgər Albanlar azərbaycanlıların əcdadlarıdırsa, bəs niyə azərbaycanlılar “öz əcdadlarının mirasını” məhv edirlər?

Cuğanın dağıdılmış xaçkarlarının əksəriyyəti əsl sənət şedevrləri idi və onların dağıdılması irqçilik üzərində qurulan vandalizm idi. 2020-2023-cü il hərbi əməliyyatlarından sonra baş verən mədəni təmizləmə və etnik təmizləmə də deyilənləri sübut edir.

Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi təkcə tarixi Qardman, Şirvan və Naxivevandan deportasiya edilmiş ermənilərin pozulmuş hüquqlarının bərpasına deyil, həm də həmin ərazilərdə erməni mədəni irsinin qorunub saxlanması probleminə sadiq qalaraq, Azərbaycan hakimiyyətindən bu gün Dağlıq Qarabağda baş verən barbarlığa son qoymaq üçün siyasi iradə nümayiş etdirməyi, dinc və təhlükəsiz gələcəyə aparan yeganə yol olan mədəni soyqırımın məsuliyyətini öz üzərinə götürməyi tələb edir.

Biz həmçinin beynəlxalq ictimaiyyəti və hüquq müdafiə təşkilatlarını Azərbaycana qarşı çıxışlarını sərtləşdirməyə çağırırıq, çünki əvvəllər qeydə alınmış çağırış və bəyanatlara beynəlxalq hüququ maksimum dərəcədə pozan Azərbaycan rejimi tərəfindən məhəl qoyulmur”.

Daha çox göstər
Back to top button