BaşlıcaSiyasət

Ərdoğanın kürəkəninin şirkəti dünyanın yüz ən böyük hərbi sənaye şirkəti arasındadır: SIPRI

2022-ci ildə dünyanın hərbi-sənaye şirkətləri arasında Bayraktar pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan Baykar şirkəti ən böyük gəlir artımını qeyd edib. Bunu Stokholmda yerləşən Sülh Araşdırmaları Mərkəzinin(SIPRI) hesabatında deyilir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) mütəxəssisləri hesablayıblar ki, 2022-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni tərəfindən idarə olunan bu şirkət yaratdığı dronların satışı sayəsində təxminən bir milyard yarım dollar qazanıb.

SIPRI-nin baş elmi işçisi Diego Loes de Silva qeyd edib ki, Bayraktar TB-2 pilotsuz uçuş aparatının istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti tarixində ilk dəfə olaraq dünyanın aparıcı hərbi sənaye şirkətlərinin yüzlüyünə daxil olub.

“Türkiyə şirkətinin 2022-ci ildə silah satışından əldə etdiyi gəlir əvvəlki ilə nisbətən 94 faiz artıb. Bu isə, bu siyahıya daxil olan şirkətlər arasında qeydə alınan ən yüksək artım tempidir”,- deyə o vurğuladı.

Mərkəzin siyahısında Baykardan başqa daha üç türk şirkəti də var.

Digər türk şirkətləri arasında “Turkish Aerospace Industries” şirkəti də var. Şirkət 83-cü yerdədir. Dünyanın aparıcı hərbi sənaye şirkətləri arasında ASELSAN şirkəti də var.

Bu yaxınlarda Ermənistanın əsas hərbi-texniki tərəfdaşlarından biri olan Hindistan da Stokholm Sülh Problemlərinin Tədqiqi Mərkəzinin hesabatda üç şirkətlə təmsil olunur.

Hərbi və nəqliyyat təyyarələri, helikopterlər və dron istehsalı ilə məşğul olan Hindustan Aeronautics şirkətu dünyanın 100 ən böyük hərbi sənaye şirkəti arasında 41-ci yerdədir.

Ermənistanın rəsmi olaraq təsdiq etdiyi digər Hindistanın şirkəti da- Bharat Electronics şirkəti Sülh Problemlərinin Tədqiqi Mərkəzinin hesabıtnda 63-cü yerdədir. Ermənistanın 2020-ci ildə bu şirkətdən dörd SWATHI radarı almağı barədə razılıq əldə edib. Hindistan mətbuatına görə, əməliyyatın ümumi dəyəri 40 milyon ABŞ dolları təşkil edib.

Hesabatda bundan başaqa, 2022-ci ildə Qərbin aparıcı silah istehsalı şirkətlərinin gəliri əvvəlki illə müqayisədə azalıb.

Daha çox göstər
Back to top button