Başlıcaİctimaiyyət

Erməni alimləri “Hayasat-1” peyki ilə əlaqə yarada biliblər: Peyk artıq işləyir

“Bazumk” tədqiqat laboratoriyasının əməkdaşları dekabrın 1-də SpaceX Falcon 9 raketi ilə kosmosa buraxılan Ermənistan istehsalı olan “Hayasat-1” peyki ilə əlaqə yarada biliblər.

“Məmnunluqla bildiririk ki, “Hayasat-1 kubesat formatlı peykimizi uğurla izləyitik. O, işlək vəziyyətdədir və dövri siqnallarını ötürür. Növbəti mərhələdə planlaşdırdığımız kimi irəliləyəcəyik”,- deyə laboratoriyanın Facebook səhifəsində deyilir.

Xatırladaq ki, “Hayasat-1” peyki “Bazumq” Kosmik Tədqiqatlar Laboratoriyası və Elmi İnnovasiya və Təhsil Mərkəzi tərəfindən yaradılıb. Bu, kosmosa buraxılan ikinci erməni peykidir. Lakin bu, erməni mütəxəssislər tərəfindən Ermənistanda hazırlanmış və yaradılmış ilk peykdir.

O, antenaları olan GPS qəbuledicisindən və Ermənistanda layihələndirilmiş və tikilmiş eksperimental inertial ölçü vahidindən (IMU) ibarətdir.

Daha çox göstər
Back to top button