Yüksək Texnologiyalar Sənayesi (YTS) nazirliyi Rusiya tərəfinə iki ölkələrin səlahiyyətli idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında əldə olunumş razılaşmalarının həyata keçirilməsinin gedişi ətrafında müşavirələr keçirmək üçün rəsmi şəkildə müraciət etmişdir. Bu haqda ER YTS nazirinin müavini Avet Poğosyan demişdir.
Onun sözlərincə, Rusiya tərəfi dəvəti qəbul etmiş və Dekabrın ortalarında Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiya sahəsinin Dövlətlərarası razılaşmasının 4-cü və 5-ci maddələrinin pozuntuları məsələsi, razılaşması ilə əldə olunmuş öhdəliklərin həyatə keçirilməsi ətrafında müşavirələr planlaşdırılmışdır.
“Erməni tərəfi qeyd olunmuş razılaşma üzrə öhdəliklərinin saxlanılması, həmçinin pozuntuların istisnası məqsədiylə ardıcıl addımlar atmağa hazırdır”-deyə Avet Poğosyan vurğulamışdır.