BaşlıcaSiyasət

Fransanın səfiri: Ermənistanın fərqli komunkiasiyalarının inkişafı üçün iddialı paket hazırlanır

ER Ərazi idarətmə və infrastruktur naziri Gnel Sanosyan Cənubi Qafqazda İnkişafın Fransa agentliyi ofisinin direktoru Fanni Delpenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ərazi idarətmə və infrastruktur nazirliyindən bildirmişlər ki, nümayəndə heyətində həmçinin  Fransanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Olivie Dıkotinyi olmuşdur.

Nazir Sanosyan qonaqları salamlayaraq İnkişafın Fransa agentliyi ilə çoxqatlı əməkdaşlığını qiymətləndirmiş və ümidvar olduğunu bildirmişdir ki, gələcəkdə bu əməkdaşlıq yalnız davamlı deyil, həm də digər sahələri əhatə edəcək.

Fransanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Olivie Dıkotinyi bildirmişdir ki, gələcəkdə əməkdaşlığın istiqamətləri və büdcəsi genişlandirməyi planlaşdırılır. Ermənistanın digər komunikasiyalarının inkişafına yönəlmiş iddialı paket hazırlanır. Bunun həyata keçirilməsi işində həmçinin İnkişafın Fransa agentliyi iştirak edəcək.

Görüş ərzində İnkişafın Fransa agentliyi ilə əməkdaşlığı ilə həyata keçirilən layihələrin, həmçinin Vedu su anbarının tikilməsinin gedişi müzakirə olunub.

Əməkdaşlığın yeni istiqamətləri qeyd olunmuşdur. İkitərəfli maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Daha çox göstər
Back to top button