BaşlıcaSiyasət

Kerobyan Hindistan, İran, Gürcüstan və ER ekspertlərinə “Sülh kəsişməsi” layihəsinin imkanlarını təqdim edib

Dekabrın 4-də nazir Vahan Kerobyan Hindistan, İran, Gürcüstan və Ermənistandan olan ekspertlərdən ibarət “Yeni regional reallıqlar və “Sülh kəsişməsi”” adlı ekspert forumunun nümayəndə heyətini qəbul edib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüş zamanı nazir ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsini və bunun imkanlarını təqdim edib.

Vahan Kerobyan həmçinin qonaqları Ermənistanda yaradılmış əlverişli biznes və investisiya mühiti ilə tanış edib, xüsusilə Gyumridə “quru liman” layihəsinə toxunub.

Daha çox göstər
Back to top button