BaşlıcaİctimaiyyətSiyasət

Polşanın birinci xanımı Yerevanda Dağlıq Qarabağdan məcburi köçkünləri ilə görüşmüşdür

Polşa Respublikasının birinci xanımı Agata Kornhauzer-Dudan Noyabrın 28-29-da Ermənistan Respublikasında səfərdə olmuşdur. Bu haqda Polşanın ER-dakı səfirliyindən bildirmişlər. Qonaqları hava limanında Polşanın Yerevandakı səfiri Pyotr Skveçinski və ER Xİ nazirinin müavini cənab Paruyr Hovhanisyan qarşılamışlar.

Səfərin ikinci günündə Polşa Prezidentinin arvadı Ermənistanda Polşa icmasının nümayəndələri, həmçinin polşa dilini öyrənən şagird və müəlimlərlə görüşmüşdür.

Prezidentin xanımı “Qərb polyaklarına yardım” layihəsi çərçivəsində icmaya maddi yardım, həmçinin tədris və təlim ləvazimatları vermişdir.

Yerevana səfəri ərzində Polşanın birinci xanımı “Missiya Ermənistan” təşkilatını ziyarət edərək Dağlıq Qarabağdan qaçqınlarla görüşmüşdür.

“Missiya Ermənistan” xeyriyyə ictimai təşkilatı 1988-ci ildə bir grup könüllülər tərəfindən yaradılmışdır. Onlar faciəli zəlzələ və Artsax müharibəsindən zərər görmüşlərə və qaçqınlara yardım etmək naminə birləşmişlər.

Qaçqınlar ilə söhbətində birinci xanım onların ən vacib tələbləri, indiki vəziyəti və gələcəklə bağlı gözləntiləri ilə maraqlandırmışdır.

Görüşdə təşkilatın direktor müavini Alla Harutyunyan və BMT-nin Qaçqnlar məsələləri üzrə ali komissarı ofisinin nümayəndələri (UNHCR) iştirak etmişlər.

Polşanın XİN-i Dağlıq Qarabağdakı böhran ilə bağlı Baş nazirinidarə heyəti, Polşa Respublikasının strateji ehtiyatları üzrə dövlət agentliyi və Milli müdafiə nazirliyi ilə əməkdaşlıq edərək digərləri arasında qaçqınlar üçün humanitar daşımalar həyata keçirmişdir.

BMT-nın Qaçqnlar məsələləri üzrə ali komissarının çağırışına cavab olaraq 300.000 ABŞ dolar maliyyə yardım verilmişdir. Polşanın Yerevandakı səfirliyi “Erməni Karitas”-i ilə əməkdaşlıq edərək Dağlıq Qarabağdan Tex icmasında yaşayan bir grup qaçqınlara xüsusi yardım verilmişdir.

Səfərin sonunda Polşanın birinci xanımı Ermənistanda Polşa icması nümayəndələri tərəfindən təşkil edilmiş konsertdə iştirak etmişdir. “Poloniada” musiqi grupu çıxış etmişdir. Prezidentin xanımı konsert bölümündən sonra Yerevanın Komitas muzey-institutunda erməni klassik musiqinin təsisçisi olan Komitasın həyat və yaradıcılıq fəaliyyəti ilə tanış olmuşdur.

Daha çox göstər
Back to top button