Başlıcaİctimaiyyət

SSRİ ölkələrində doğulmuş ermənilər Ermənistan vətəndaşlığını ala biləcəklər

“Ermənistan Respublikasının vətəndaşlığı haqqında” qanun layihəsi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası tərəfindən təsdiq edilib. Müvafiq olaraq, 2026-cı ilə qədər SSRİ dövlətlərində doğulmuş ermənilərin Ermənistan vətəndaşlığını almaq müddəti uzadılıb.

“SSRİ-nin erməni vətəndaşlarının Ermənistan vətəndaşı kimi tanınması prosesi 2023-cü ildə başa çatmalı idi. Buna baxmayaraq, təcrübə göstərir ki, bizdə hələ də bir sıra şəxslərin Ermənistan vətəndaşı kimi tanınması və şəxsiyyətini təsdiq edən sənədin alınması üçün Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə müraciət etməsi halları var. Müvafiq olaraq, biz şərtləri 2026-cı ilə qədər 3 il uzatmağı təklif edirik”, – Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Qazaryan bildirib.

Daha çox göstər
Back to top button