Gürcüstan, Hindistan və İranla isti münasibətlər bu ölkələrlə çoxillik qarşılıqlı faydalı münasibətlərə əsaslanır.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan dekabrın 5-də “Yeni regional reallıqlar və Sülh kəsişməsi” adlı konfransda bildirib.
O qeyd edib ki, Ermənistan İranla ənənəvi əlaqələri inkişaf etdirməyə çalışır: “Biz əməkdaşlığımızın iqtisadi komponentini, o cümlədən çoxtərəfli əməkdaşlıq səviyyəsində artırmaq üçün fəal addımlar atırıq.
Bu konteksdə yükdaşımalar, infrastruktur layihələri, enerji və regional proqramların inkişafı böyük əhəmiyyət kəsb edir. İran Ermənistanın dördüncü iqtisadi tərəfdaşıdır, Ermənistanın Yaxın Şərqə tranzit marşrutu həmin ölkədən keçir.
Biz İranın Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı aydın, prinsipial mövqeyini yüksək qiymətləndiririk”, – deyə xarici işlər nazirinin müavini əlavə edib.
Gürcüstan və Ermənistan münasibətlərinə gəlincə, Safaryan qeyd edib ki, iki ölkə qardaşlıq münasibətlərini strateji səviyyəyə qaldırmaq üçün addımlar atır.