Başlıcaİdman

Səudiyyə Ərəbistanı Çempionlar Liqasını almaq istəyir

Səudiyyə Ərəbistanı UEFA Çempionlar Liqasını almaq istəyir, Saxo Bankın saytı xəbər verir.

“Səudiyyə Ərəbistanı iqtisadiyyatının struktur transformasiyası neft gəlirlərindən asılılığı azaltmağa, ölkəni turizm, istirahət və əyləncə mərkəzinə çevirməyə yönəlib.

Yaxın vaxtlarda neftin qiymətinin 150 dollar/barelə çatacağı gözlənilir. Yüksək neft qiymətləri fonunda yaşıl transformasiya ləngisə, Səudiyyə Ərəbistanı Beynəlxalq Futbol Federasiyasının dəstəyi ilə UEFA Çempionlar Liqasını almaq fürsəti görür”, – Saxo Bankın hesabatında qeyd olunur.

Bundan əvvəl Səudiyyə Ərəbistanının aparıcı Səudiyyə klubları üçün Çempionlar Liqasında iştirak hüququ əldə etməyə çalışdığı məlum olub.

Xatırladaq ki, 2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.

Daha çox göstər
Back to top button