BaşlıcaSiyasət

Zaxarova Ermənistanı qonşu ölkələrin Qərbə etibar etmək təcrübəsini nəzərə almağa çağırıb

Biz noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının iclasını alqışlayırıq. But barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva delimitasiya prosesinə hər cür dəstək verməyə hazırdır. “Bu, lazımi kartoqrafiya materialları ilə təmin olunmasını nəzərdə tutur. Bunu dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib.

Baş nazirin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli sərhəd delimitasiya komissiyasına gəlincə, onun çərçivəsində mühüm irəliləyiş əldə olunub. Və hər iki tərəfin siyasi iradəsi olduğu halda, konkret layihələr üzrə razılaşma tez bir zamanda tamamlana və əsaslı fəaliyyətlərə başlana bilərdi”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Zaxarova bu razılaşmaların icrasının gecikdirilməsinin region ölkələrinin, o cümlədən Ermənistanın maraqlarına zidd olduğu fikrini bildirib.

O, sülh sazişinə toxunaraq qeyd edib ki, tərəflər Moskvada, eləcə də üçüncü ölkələrdə çoxtərəfli formatlar çərçivəsində görüşə dəvət olunublar. “Bakı həmişə danışıqlara hazır olduğunu təsdiqləyib. Təəssüf ki, eyni şeyi erməni tərəfdaşlarımız haqqında deyə bilmərik. Bəlkə də onlar düşünürlər ki, Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni müşavirləri daha yaxşı, daha maraqlı və effektiv nəsə təklif edə bilərlər. Düşünürəm ki, biz əvvəlki təcrübəyə və qonşularımızın təcrübəsinə baxmalıyıq”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərb heç vaxt başqa ölkələrin xalqlarının maraqlarına uyğun hərəkət etməyib və erməni xalqı bunu bilməlidir.

Daha çox göstər
Back to top button