İctimaiyyət

500-dən çox beynəlxalq İT mütəxəssisi Harmony Meetup 4.0 konfransı üçün Yerevana gələcəklər

Dekabrın 11-14-də Yerevanda Fastex-in dəstəyi ilə dördüncü dəfə Harmony Meetup illik texnologiya konfransı keçiriləcək.

Dörd gün ərzində internetin yeni dövrünün web3 konsepsiyasının beynəlxalq müdafiəçiləri, innovativ texnoloji həllərin müəllifləri, 350-dən çox beynəlxalq İT şirkətinin menecerləri və nümayəndələri, o cümlədən 60-dan çox partnyor təşkilat və 20-dən çox yüksək səviyyəli ekspert konfrasnda işitrak edərək sahənin problemlərini müzakirə edəcəklər.

“Biz bütün tərəfdaşlarımıza əvvəlki Harmony Meetup zamanı müzakirə edilən Fastex rəqəmsal ekosisteminin inkişafı və dəyişikliklərini şəxsən təqdim etməkdən məmnun olarıq”, – “Fastex”in icraçı direktoru Vaxtang Abramyan bildirib.

Web3 beynəlxalq ictimaiyyətin 500-ə yaxın nümayəndəsi xüsusi mükafatlandırma mərasimində iştirak edəcək.

Daha çox göstər
Back to top button