BaşlıcaSiyasət

“Azərbaycanla sərhədin delimitasiyası prosesi uzun çəkəcək”: Qriqoryan

“Azərbaycanla sərhədin delimitasiyası prosesi olduqca çətindir və uzun çəkəcək”. Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Proses müstəsna olaraq hüquqi əhəmiyyət kəsb edən sənədlər əsasında aparılmalıdır. İkincisi isə, biz real topoqrafik xəritələrlə işləyəcəyik. Məsələn, 1975-ci il xəritəsi ətraflı şəkildə araşdırılmalıdır” deyə o, bildirib.

Mher Qriqoryanın sözlərinə görə, delimitasiya 22 fraqmentdən ibarət 70-ci illərdə çap olunmuş xüsusi xəritələr əsasında aparılacaq.

Eyni zamanda, o, prosesin uğurunun açarını hər iki tərəfin onun vahid şəkildə qəbul etməsi adlandırıb.

O həmçinin əlavə edib ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üzrə danışıqların intensivliyini artırmaq barədə razılığa gəliblər.

Qriqoryan son görüşdən ətraflı məlumatlar vermədi. Anklavlar və eksklavlar barədə suala da cavab verirkən deyib ki, bu sualın hər hansı hüquqi əsası olub-olmadığını dəqiq söyləmək çətindir.

Daha çox göstər
Back to top button