BaşlıcaSiyasət

Ermənistan İran limanlarından istifadə edə biləcək: Nazirlik

ER İqtisadiyyaտ nazirinin müavini Narek Teryan Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının yollar və şəhərsalma nazirinin müavini, İran Limanları və Dənizçilik Təşkilatının icraçı direktoru Əli Əkbər Səfai ilə görüşüb. Bu barədə məlumatı Ermənistanın İqtisadiyyat Nazirliyi yayıb.

Görüşdə Ermənistanın İrandakı ticarət attaşesi Vardan Kostanyan da iştirak edib.

Görüş zamanı Ermənistan-İran münasibətləri, xüsusən də iki ölkə arasında yük daşımaları ilə bağlı məsələlər müzakirə olunub.

Hər iki tərəf vurğulayıb ki, Ermənistan İran üçün Aİİ və Avropa ölkələrinə, İran isə Ermənistan üçün Fars körfəzi və Orta Asiya ölkələrinə və Hindistana tranzit ölkəyə çevrilə bilər.

İran tərəfi erməni şirkətlərinə İran limanlarından istifadə üçün əlverişli şərait yaratmağa hazır olduğunu bildirib.

Görüşün yekunu olaraq sahələr üzrə əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə olunub. Bu da erməni tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək.

Daha çox göstər
Back to top button