Ermənistanın süd məhsulları yenidən Rusiyaya ixrac ediləcək
Dekabrın 5-də Moskvada ER Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Armen Hayrapetyan və Rusiya Federasiyası Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəhbəri Sergey Dankvert görüşüblər.
Bildirilib ki, danışıqlar Ermənistandan Rusiyaya ixrac edilən fitosanitar nəzarət yüklərinin idxalı prosesində son bir neçə gündə yaranan problemlər ətrafında aparılıb.
Armen Hayrapetyan qeyd edib ki, qanun pozuntuları ilə yüklərin Rusiyaya çatdırılmasının qarşısını almaq üçün bütün kompleks nəzarət tədbirləri ardıcıl olaraq həyata keçirilir.
Sergey Dankvert qeyd edib ki, departament Rusiyaya daxil olan istənilən tərəvəz məhsullarının monitorinqi zamanı eyni münasibəti nümayiş etdirir və göndərən ölkədən asılı olmayaraq, aşkar edilmiş hər bir qanun pozuntusu üçün adekvat tədbirlər görür.
Tərəflər Ermənistanda isethsal olunan süd məhsullarının Rusiyaya tədarükünün bərpası məsələsi də müzakirə olunub. Birgə nəzarət tədbirləri haqqında razılıq əldə olunub.