BaşlıcaSiyasət

Aİ Ermənistanı “Sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsində dəstəkləyir: ER prezidenti

Ermənistan prezidenti Vahaqn Xaçaturyan hesab edir ki, müəyyən müddətdən sonra Ermənistanın “Sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsində həmfikirləri olacaq. ER prezidenti bu barədə “Armenpress”ə müsahibəsində deyib.

 “Düşünürəm ki, bir müddət sonra həmin layihənin (“Sülhün kəsişməsi” red.) həyata keçirilməsində iştirak etmək üçün sərmayə qoymaq istəyən həmfikirlərimiz də olacaq”, – prezident qeyd edib.

O, Ermənistanın “Sülh yollarının kəsişməsi” məsələsində həmfikir tərəfdaşının olduğunu qeyd edərək, söhbətin Aİ-dən getdiyini açıq şəkildə ifadə edib. “Deyə bilərəm ki, onlar buna hazırdırlar. Yalnız bizim peşəkar şəkildə görülməli işlərimiz var”, – deyə prezident əlavə edib.

Vahaqn Xaçaturyan xatırladıb ki, bir neçə gün əvvəl Yeravanda İran, Hindistan, Gürcüstan və Türkiyədən ekspertlərin iştirak etdiyi “Sülhün kəsişməsi” layihəsinin müzakirəsi keçirilib. Onun sözlərinə görə, bu cür təşəbbüslər çox vacibdir. “Hər şey belə doğulur. Elə olmur ki, “yaxşı fikrim var, niyə heç kim qulaq asmır” deyirsən. Belə olmur. Biz bütün bunları çatdıra bilməliyik”, – deyə ER prezidenti əlavə edib.

Daha çox göstər
Back to top button