BaşlıcaSiyasət

Alen Simonyan hesab edir ki, Rusiya ilə silah təchizatı problemi tərəfdaşlıq şəraitində həll oluna bilər

Ermənistan parlamentinin spikeri Alen Simonyan pulu ödənilmiş Rusiya silahlarının ölkəsinə tədarük olunmamasına münasibət bildirib.

Simonyan parlamentdə brifinq zamanı jurnalistlərlə yaranmış məsələnin tərəfdaşlıq şəraitində həll edilməsinin mümkün olduğunu bildirib.

Onun fikrincə, Ermənistan tərəfi öz maraqlarını qorumalıdır və bunun alternativi yoxdur:

“Moskva ilə Yerevan silahların tədarükü məsələsi həll oluna bilər. Rusiya tərəfinin öz prinsiplərinə və imzaladığı sənədlərə sadiq qaldığını göstərmək şansı var”.

Daha çox göstər
Back to top button