BaşlıcaSiyasət

Bakı Dağlıq Qarabağda hərbi cinayətlər törədib: USCIRF

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) Azərbaycanda 2023-cü ildə dini etiqad azadlığına dair hesabatını təqdim edib. Hesabatda Azərbaycanda dini etiqad azadlığına hörmət edilməməsinə və insan haqlarının pozulmasına, o cümlədən Bakının Dağlıq Qarabağ ermənilərinə qarşı cinayətlərinə toxunulub.

“Azərbaycan Ermənistanla münaqişəsi kontekstində Dağlıq Qarabağ ərazisində hərbi cinayətlər və digər sui-istifadə hallarını davam etdirir. 2022-ci ilin dekabrından Dağlıq Qarabağı Ermənistanla birləşdirən əsas nəqliyyat marşrutu olan Laçin dəhlizinin qismən blokadaya alınması səbəbindən bölgədə yaşayan etnik ermənilər ciddi ərzaq, yanacaq və dərman çatışmazlığı ilə üzləşiblər”.

Hesabatda qeyd olunur ki, humanitar böhran bir çox təşkilatları və digərləri bu şəraitdə yaranmış vəziyyətin etnik təmizləməyə gətirib çıxaracağı barədə xəbərdarlıq etməyə məcbur edib. Bu halda sentyabr ayında Azərbaycan bölgəni güc yolu ilə geri qaytarmaq üçün hərbi hücuma başlayıb və nəticədə 100 mindən çox etnik erməni kütləvi şəkildə evlərindən didərgin düşmüş”,- hesabatda deyilir.

“Məsələn, Beynəlxalq Ədalət Məhkəməsi fevral ayında qərar verib ki, Azərbaycan ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılması və təşviq edilməsinin qarşısını almalı, vandalizm və təhqiramiz hərəkətlərin qarşısını almaq və cəzalandırmaq üçün bütün lazımi tədbirləri görməlidir.

BMT missiyası 2023-cü ilin oktyabr ayına qədər Dağlıq Qarabağda guya “mədəni və ya dini strukturlara heç bir ziyan dəymədiyini” bildirib.

“İinsan haqları təşkilatları hökuməti dini və mədəni obyektlərin mühafizəsini təmin etməyə çağırmaqda davam edir”, – USCIRF hesabatında qeyd olunur.

Daha çox göstər
Back to top button