BaşlıcaSiyasətTəhlil

Ekspert qənaəti:  “Sükutlu hərbi əməkdaşlıq: İranın Ermənistandan ehtimalı”

İran prezidenti İbrahim Rəisi Moskvada rəsmi səfərdədir və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Qeyd edək ki, bu, Putin və Rəyisi arasında ikinci görüşdür. Əvvəlki görüş ötən il Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilib.

Bu 2 ölkə arasında əməkdaşlıq bununla məhdudlaşmır. Tehran və Moskva regionda regional problemlərin həllinin vacibliyini vurğulamağa çalışırlar, bu çərçivədə “3+3” platformasında danışıqlar aparılır.

İran və Rusiya prezidentlərinin müzakirələri mərkəzində regional və beynalxalq problemləridir. O cümlədən, bu məsələlər iki gün öncə bu ölkələrin Xİ nazirləri Xəzər beşliyinin görüşündə müzakirə etmişlər.

Beşliyin ölkələri Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan arasında vasitəçilik olmadan “şura” yaradılması haqqında qərar qəbul edilib. Qərara görə, bu formatın fəaliyyəti və regiondakı məsələlərin vacib həlllərini məhz regionun daxilində tapmağa imkan verəcək. Xəzəryanı ölkələr geosiyasi yeni realıqlar şəraitində öz mövqelərini möhkəmləndirilməsi naminə əməkdaşlığın dərinləşməsini vurğulayırlar.

            İranşünas Vardan Voskanyan hesab edir ki, İranın iştirakı ilə ölkələr arasında əməkdaşlığın dərinləşməsində məqsəd,  regiondan Qərbin uzaqlaşdırılması və təkrarən “3+3” ya “3+2” regional platformasının erməni-azərbaycan münasibətlərin nizamlanamsı işində vacibliyi vurğulamaqdır.

“Regional problemlərin regional qüvvələr vasitəsilə həll edilməsi iddiası ən azı bir şeyi nəzərdə tutur: Qərbin Xəzər və Qafqaz regionundan, daha geniş mənada isə Yaxın Şərq regionundan kollektiv mənada uzaqlaşdırmaqdır.

Bu, idarə olunan problemdir. Rusiya-İran əməkdaşlığının əsas problemlərindən birinə çevrilmək, əsas problemlərdən biri olazsa, heç olmasa tərkib hissələrindən birinə çevrilməlidir”.

İranşünas Arman Vardanyan da regional əməkdaşlığa önəm verilməsini eyni şəkildə izah edir. Rusiya, İran və Türkiyə də Suriyada uğurla fəaliyyət göstərib və Cənubi Qafqazda da eyni şəkildə davam etməyə çalışırlar ki, bu da iranşünasın qənaətincə, Azərbaycan tərəfinə sərfəlidir.

Erməni tərəfi İranın dediklərini çox gözəl anlayır, sadəcə olaraq erməni tərəfi indiki mərhələdə Rusiya və İranla münasibətləri pisləşdirmək istəmir. Bundan başqa, bizim düşmənlərimiz az deyil və biz o formatda iştirak edirik, amma Ermənistanın iştirakı formal xarakter daşıyır. Üstəlik, həmin  format Ermənistanın maraqlarına uyğun deyil. Bizə Qərbin bura qarışması lazımdır, Qərb bizim təbii müttəfiqimizdir. Biz Qərbdən silah, maliyyə və siyasi dəstək alırıq”.

İranşünas Vardan Voskanyan isə bu məsələdə əks fikirdədir. O, əmindir ki, Tehran və Ermənistanın regionda  kifayət  qədər ortaq maraqların olmasına əmindir.

“Türkiyənin regionumuzda təsirinin artmasını nəzərə almalı olsaq Rusiya tərəfinin Ukraynada işğalının həmin dövlətə daha böyük resurslarla Cənubi Qafqaz problemləri ilə məşğul olmasına imkan vermədiyi açıq-aydıntəsvir olunur.

İran tərəfi ilk növbədə öz maraqlarını qorumaq, Qafqazda olmaq baxımından iştirak etməyə çalışır və bu sahədə bizim kifayət qədər üst-üstə düşən maraqlarımız mövcuddur.

 İlk növbədə, o da  Türkiyə-Azərbaycan müttəfiqliyini cüziləşdirmək və müəyyən boşluqları tamamlamaqdır. Ermənistan-İran münasibətləri vasitəsilə Ermənistanın təhlükəsizlik memarlığı və açıq şəkildə hiss olunur ki, rəsmi Tehran bu sahədə Ermənistandan azından üstüörtülü strateji əməkdaşlıq ehtimal edir”- deyərək Voskqnyan qeyd edib.

Azərbaycanın hərəkəti isə iranşünasın  səciyyələndirməsinə görə görə, Şərq  fitnəsindən başqa heç nə deyil. O ölkə Qərbə anti-Rusiya və anti-İrançılıq, Rusiya və İrana isə anti-Qərbçilik satır. Lakin bu, uzun müddət davam edə bilməz, çünki onun perspektivi yoxdur”- deyərək  Voskanyan qeyd edib.

Ermənistan və İran artıq sektoral əməkdaşlığa dair memorandum imzalamaq barədə razılığa gəliblər ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etmək imkanını verir. Beləliklə, Ermənistan İran üçün Aİİ və Avropa ölkələrinə, İran isə Ermənistan üçün Fars körfəzi və Orta Asiya ölkələri və Hindistana tranzit ölkəyə çevrilə bilər.

Daha çox göstər
Back to top button