BaşlıcaMədəniyyətTəhlil

Ermənistan, Azərbaycan və ABŞ bonuslarını aldı, Rusiya isə Cənubi Qafqazı tərk edir: Lepexin

Nə Bakının, nə də Yerevanın Rusiyanın vasitəçiliyinə ehtiyacı yoxdur, onlar Rusiyanın Cənubi Qafqazdan çıxması məsələsində həmrəydirlər. Bu barədə rusiyalı politoloq Vladimir Lepexin “NEWS.am”a müsahibəsində qeyd edib.

O qeyd edib ki, Azərbaycanın Türkiyə də daxil olmaqla müttəfiqləri var və Ermənistan Qərbə doğru gedir, ona görə də Rusiya heç kimə lazım deyil.

“Erməni əsirlərin azad edilməsi ilə bağlı Əliyevin qərarı bu yaxınlarda Azərbaycanda səfərdə olmuş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenə hədiyyədir. Dövlət katibinin köməkçisi səfərinin nəticələrini göstərməkdə maraqlı idi. Onun sədri Blinken də bununla maraqlanırdı. Əliyev bunu çox gözəl anlayır və ABŞ dövlət katibinin köməkçisinin Azərbaycanın düzgün istiqamətdə getdiyini deməsi üçün ona hədiyyə verilməli idi. Əliyev məhz bunu etdi. O girovları azad etməyə və Ermənistanla dialoqa getməyə hazır olduğunu bəyan edib.

Hər kəs öz bonuslarını aldı. Amma ən böyük bonusu ABŞ alıb, o, vəziyyətə nəzarət etməsi, sülhməramlı kimi regiona girməsindən və Rusiyanın oradan çıxmasıdan məmnun olacaq”, – ekspert vurğuladı.

Ekspert ististna etməyib ki, Rusiya buna cavab olaraq Rusiyada Ermənistanla Azərbaycan arasında görüş təşkil etmək təşəbbüsü ilə çıxış edə bilər.

“Lakin bu, heç nəyə gətirib çıxarmayacaq. Bu gün Rusiyanın Cənubi Qafqaz məsələsində mövqeyi yoxdur, ona görə də bu cəhdlər mənasız olacaq”, – o deyib.

Ekspert hesab edir ki, Rusiya regiondakı vəziyyəti dondura bilməz.

“Rusiya yalnız özünü dondura bilər, Rusiya Federasiyasının hüdudlarından kənarda heç nəyi dondura bilməz. Cənubi Qafqazı tərk edərsə bir şeyi necə dondura bilər? Rusiyanın başqa problemləri var, o, iqtisadi problemlərə daha da dərinləşir. Bundan əlavə, prezident seçkilərinə, eləcə də Ukrayna ilə bağlı danışıqlara hazırlaşır. Qalan hər şey qalıq prinsipi əsasında həyata keçiriləcək”, – politoloq vurğuladı.

Daha çox göstər
Back to top button