İctimaiyyət

Ermənistan Dağlıq Qarabağdan didərgin düşmüş uşaqları dəstəkləmək üçün 2,9 milyon dollar qrant alıb

Dünya Bankının açıqlamasına görə, Ermənistan “Dövlət və Sülh Quruculuğu üçün Çətir Fondu”ndan yeni qrant almaq üçün seçilib. Bununla Dağlıq Qarabağdan didrəgin düşmüş uşaqların psixi sağlamlığı və psixofiziki vəziyyətinə dəstək göstəriləcək.

Dünya Bankından bildirlib ki, 2,9 milyon dollarlıq qrantdan Ermənistan məktəblərində məcburi köçkün olan uşaq və yeniyetmələrin sosial inteqrasiyası, məktəb işçilərinin inkişafı və onlara mentorluq etmək üçün istifadə olunacaq.

O, məcburi köçkün uşaq və yeniyetmələrin təhsil sisteminə inteqrasiyasına hərtərəfli yanaşmanın, habelə psixi sağlamlıq və psixososial dəstək üzrə ixtisaslaşdırılmış proqramın layihəsində texniki yardım göstərəcək.

Daha çox göstər
Back to top button