Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, rəsmi Paris Ermənistan-Azərbaycan birgə bəyanatını alqışlayır.
Nazirlik Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə Yerevan və Bakı arasında sülh müqaviləsi üzrə danışıqların tezliklə bərpasına tərəfdar olduğunu bildirir.
“Paris bir daha vurğulayır ki, sabit sülh yalnız beynəlxalq hüquqa, suverenliyə, ərazi bütövlüyünə və iki dövlətin sərhədlərinin toxunulmazlığına hörmət edildiyi təqdirdə mümkündür”, – məlumatda deyilir.