BaşlıcaSiyasət

Xandanyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hansı halda imzalanacağına toxunub

Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sargis Xandanyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hansı halda imzalanacağına toxunub

“Ermənistan Azərbaycanla sülh müqaviləsini bunun Ermənistanın maraqlarına uyğun olacağına, regional sülh və sabitliyə uyğun olacağına əmin olduğu zaman imzalayacaq. Ərazi bütövlüyünün tanınması prinsipi çox vacibdir və Azərbaycan bu prinsipə sadiqliyini bir daha təsdiqləməlidir”.

Xandanyan jurnalistlərlə keçirdiyi brifinqdə bəzi müxalifətçilərin bəyanatlarına cavab verərək bildirib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi imzalanarsa, Ermənistanın problemi olacaq, çünki Azərbaycan hələ ki, kvadrat kilometrlərlə Ermənistanın ərazi bütövlüyünü tanıdığını bildirməyib.

Onun sözlərinə görə, Azərbaycan danışıqlar zamanı qeyri-konstruktivliyini davam etdirərsə, Ermənistan beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduqlarını bildirən və məsuliyyət daşıyan tərəfləri Azərbaycana təzyiqləri davam etdirməyə çağırmaqda davam edəcək.

Daha çox göstər
Back to top button