Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi “Sputnik Armenia”nın sorğusu ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransadan zirehli texnika tədarükü ilə bağlı ittihamlarına toxunub.
“Hər bir ölkə öz suverenliyi və yurisdiksiyası çərçivəsində təhlükəsizlik və müdafiə qabiliyyətinin inkişafı üçün müxtəlif sahələrdə digər ölkələrlə əməkdaşlıq edə bilər”, – XİN-dən bildiriblər.
Xatırladaq ki, Azərbaycan XİN Fransanın zirehli texnikasının Ermənistana göndərilməsi qərarını pislədi və Parisi “regionu hərbiləşdirməkdə” ittiham etdi. Dekabrın 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana zirehli texnikanın göndərilməsini “təxribat” adlandırııb.