ArtsaxBaşlıcaSiyasət

I Aram Ermənistan, Artsax və diaspora ekspertləri ilə Artsax məsələsini müzakirə edəcək

Ermənistandan, Artsaxdan və diaspordan olan ekspertlər “Erməni dünyası və son regional hadisələr” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Əntilyasa gedəcəklər. Bu barədə Kilikiya katolikosluğundan məlumat verilib.

Qeyd olunub ki, I Aramın dəvəti ilə Ermənistan, Artsax, ABŞ, Cənubi Amerika, Fransa və İsveçrədən tarixçilər, hüquqşünaslar və politoloqlar yanvarın 19-20-də Əntilyasda “Erməni dünyası və son regional hadisələr” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

İştirakçılar – Ermənistandan prof Aşot Melkonyan, prof. Ruben Safrastyan, Dr. Armen Marukyan, Artsaxdan Dr. Vahram Balayan, ABŞ-dan Hrayr Palean, Cənubi Amerikadan Dr. Xaçik Ter-Qukasyan, Fransadan Tigran Yekavyan, Dr. Vigen Çıtıryan, Livandan, Dr. Nora Pairagtaryan və Şahan Qantaharian.

Müzakirələrdə Artsaxın mənəvi və mədəni irsinin qorunması üçün beynəlxalq aləmdə aparılan işlərdən və regiondakı siyasi vəziyyətdən və s. danışılacaq.

Daha çox göstər
Back to top button