BaşlıcaSiyasət

Ermənistanın dövlət orqanlarında 200  Spuyurk erməni mütəxəssisi işə götürülüb

Ermənistan Respublikasının Spyurkla( erməni diasporu) İş üzrə Baş Komissarlığı aparatı Spuyrkun erməni mütəxəssislərinə 20-dən çox dövlət idarəetmə orqanında bir il işləmək imkanı verən “iGorts” 2024 proqramı üçün ərizələrin qəbuluna başlayır.

Bakalavr dərəcəsi və ən azı 5 il iş təcrübəsi və ya magistr dərəcəsi (və ya ekvivalent və ya daha yüksək) və 3 il peşəkar iş təcrübəsi olan Spyurkun  erməni mütəxəssisləri proqrama müraciət edə bilərlər.

2024-cü il üçün ərizələr martın 4-dək erməni, ingilis və rus dillərində qəbul ediləcək. Müsahibənin yekun mərhələsindən uğurla keçmiş mütəxəssislər cari ilin sentyabrın 1-dən ER-nın müvafiq idarələrində fəaliyyətə başlayacaqlar.

Seçilmiş iştirakçılara təyyarə bileti (Ermənistana və Ermənistandan), proqram müddətində ayda 336.000 AMD yaşayış müavinəti, tibbi sığorta və bir illik yaşayış haqqı verilir.

H.Hovnanyan ailə Fondunun maliyyələşdirilməsi ilə layihə çərçivəsində 5 mütəxəssisə Şirak rayonunda işləmək imkanı veriləcək.

Proqram çərçivəsində artıq Ermənistanın dövlət orqanlarında 200 Spyurkun erməni mütəxəssisi işə götürülüb. Proqramı başa vurduqdan sonra onların 70 faizindən çoxu Ermənistanda daimi işlə təmin olunub, o cümlədən yüksək vəzifələr tutub.

Layihə Beynəlxalq Miqrasiya Təşkilatının qabaqcıl təcrübələri bazasına daxil edilib, həmçinin Avropa Birliyinin Gələcəyi Forumu çərçivəsində nümunəvi layihə kimi təqdim olunub.

Daha çox göstər
Back to top button