BaşlıcaSiyasət

RF Federal Şurası İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyini şərh edib

Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyinə toxunub, RİA Novosti yazır.

“İsveçin NATO-ya üzvlüyünə razılıq verməklə Türkiyə daxili siyasət məsələlərini həll edir, təəssüflə qeyd etmək qalır ki, Ankara bütün bəşəriyyətin maraqlarından deyil, ayrıca alyansın maraqlarından çıxış edir”, – deyə deputat bildirib.

“NATO sayəsində Türkiyə bir ittifaqın mənafeyinə deyil, bütün bəşəriyyətin maraqlarına uyğun hərəkət etmək üçün tarixi fürsəti əldən verir”, Kosaçev bildirib.

O qeyd edib ki, əgər bu, Türkiyə prezidenti Ərdoğanın növbəti oyunu deyilsə, deməli, indiki mərhələdə artıq məsələ həll olunub.

Daha çox göstər
Back to top button